MY 6, “Liverpul” isə qapısından 7 qol buraxmaqla məğlub oldu

MY 6, “Liverpul” isə qapısından 7 qol buraxmaqla məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 4-cü tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Son çempion “Liverpul” bu turda “Aston Villa”nın qonağı olub və biabırçı hesabla uduzub.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” doğma meydanda Londonun “Tottenhem” klubunu qəbul edib. “Qırmızı şeytanlar” da biabırçı məğlubiyyətə üzülüblər.

“Lester” də “Vest Hem”lə ev oyunundan böyük hesabla məğlub ayrılıb.

“Arsenal” isə “Şeffild Yunayted”lə qarşılaşıb və turu qələbə ilə başa vurub.

İngiltərə Premyer Liqası

4-cü tur

4 oktyabr

Lester – Vest Hem 0:3

Qol: Antonio, 14. Fornals, 34. Bouen, 83.

Sauthempton – Vest Bromviç 2:0

Qol: Djenepo, 41. Romeu, 69.

Arsenal – Şeffild Yunayted 2:1

Qol: Saka, 61. Pepe, 64 – Makqoldrik, 83.

Vulverhempton – Fulhem 1:0

Qol: Neto, 56.

Mançester Yunayted – Tottenhem 1:6

Qol: B.Fernandes, 2 – Ndombele, 4. Son, 7; 37. Keyn, 30; 79-pen. Orye, 51.

Aston Villa – Liverpul 7:2

Qol: Uotkins, 4; 22; 39. Makqinn, 35. Barkli, 55. Qriliş, 66; 75 – Salah, 33; 60.

3 oktyabr

Çelsi – Kristal Pelas 4:0

Qol: Çilluel, 50. Zuma, 66. Jorjinyo, 78-pen; 82-pen.

Everton – Brayton 4:2

Qol: Kalvert, 16. Mina, 45+2. Rodriqes, 52; 70 – Maupay, 41. Bissuma, 90+2.

Lids – Mançester Siti 1:1

Qol: Rodriqo, 59 – Sterlinq, 17.

Nyukasl – Bernli 3:1

Qol: Sent-Maksimin, 14. Uilson, 65; 77 – Vestvud, 61.

Bütün xəbərlər Facebook səhifəmizdə