Araz Abdullayevin formasını geyindiyi “Boluspor”dan növbəti məğlubiyyət
Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.
SİA xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Girəsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Dörd turdan sonra hesabında 1 xal olan “Boluspor” 18 kollektiv arasında 16-cıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB