“Borussiya” “Frayburq”a 4 cavabsız qolla qalib gəlib, “Leyptsiq” də həmin hesabı təkrarlayıb

“Borussiya” “Frayburq”a 4 cavabsız qolla qalib gəlib, “Leyptsiq” də həmin hesabı təkrarlayıb

Futbol üzrə Almaniya Bundesliqasında 3-cü tura start verilib.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Dortmundun “Borussiya” klubu doğma meydanda “Frayburq”la qarşılaşıb və 4 cavabsız qolla qalib gəlib. “Leyptsiq” də “Şalke” ilə ev oyunundan oxşar hesabla qalib ayrılıb.

Lider “Hoffenhaym” “Ayntraxt”la səfər oyununda məğlubiyyətə üzülüb. Münhenqladbax “Borussiya”sı səfərdə “Köln”ə qalib gəlib. “Ştutqart” – “Bayer” oyunundan qalib müəyyənləşməyib. “Verder” də “Arminiya”nı məğlub yola salıb.

Almaniya Bundesliqası

3-cü tur

3 oktyabr

Borussiya (Dortmund) – Frayburq 4:0

Qol: Haland, 31; 66. E.Can, 47. Passlak, 90+2.

Ayntraxt – Hoffenhaym 2:1

Qol: Kamada, 54. Dost, 71 – Kramariç, 18.

Köln – Borussiya (Münhenqladbax) 1:3

Qol: Rexbeçay, 84 – Plea, 14. Layner, 16. Ştindl, 56.

Ştutqart – Bayer 1:1

Qol: Kalaydziç, 76 – Şik, 7.

Verder – Arminiya 1:0

Qol: Bittenkur, 27.

Leyptsiq – Şalke 4:0

Qol: C.Bozdoğan, 31. Anxelinyo, 35. Orban, 45+2. Halştenberq, 80.

2 oktyabr

Yunion – Maynts 4:0

Qol: Kruse, 13. İnqvartsen, 49. Fridrix, 63. Pohjanpalo, 64.

4 oktyabr

17:30 Volfsburq – Auqsburq

20:00 Bavariya – Herta

Bütün xəbərlər Facebook səhifəmizdə