UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqro, oktyabrın 13-də isə Bakıda Kipr milli komandası ilə qarşılaşacaq, qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 4-də təlim-məşq toplanışına başlayacaq futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
SİA AFFA-ya istinadla xəbər verir ki, heyətə Emil Balayev, Şahruddin Məhəmmədəliyev (hər ikisi “Qarabağ”), Aydın Bayramov (“Sumqayıt”), Maksim Medvedev (“Qarabağ”), Azər Salahlı (“Keşlə”), Bədavi Hüseynov, Abbas Hüseynov (hər ikisi “Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Təmkin Xəlilzadə, Amin Seydiyev, Bəhlul Mustafazadə (hamısı “Sabah”), Elvin Bədəlov (“Sumqayıt”), Şəhriyar Əliyev (“Keşlə”), Vüqar Mustafayev (“Sumqayıt”), Qara Qarayev, İsmayıl İbrahimli (hər ikisi “Qarabağ”), Coşqun Diniyev (“Sabah”), Rəhman Hacıyev (“Keşlə”), Rəhim Sadıxov (“Sumqayıt”), Elvin Camalov (“Zirə”), Namik Ələskərov (“Neftçi”), Mahir Emreli (“Qarabağ”), Araz Abdullayev (“Boluspor”, Türkiyə), Ramil Şeydayev (“Sabah”) və Əli Qurbani (“Sumqayıt”) dəvət olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB