İtaliya kubokunun finalçıları bəlli olub. Siasport.az saytı xəbər verir ki, final matçında "Palermo" və "İnter" qarşılaşacaq.
Dünən keçirilən yarımfinal mərhələsinin cavab görüşlərində "Palermo" ilə "İnter" rəqiblərini ümumi hesabda üstələyərək finala vəsiqə qazanıblar.
"Palermo" - "Milan"ı doğma meydanda 2:1 hesabı ilə məğlub edib. "Milan" 90-cı dəqiqədə ancaq təsəlli qolunu vura bilib. İlk oyunda heç-heçə olduğu üçün "Palermo" finala vəsiqə qazanıb.
Səfərdə "Roma"nı minimal hesabla məğlub edən "İnter" isə öz meydanında paytaxt klubu ilə heç-heçə edib. Bu nəticə ilə də "İnter" finala vəsiqəni təmin edib.
İtaliya kuboku
Yarımfinal
Cavab oyunları
10 may
"Palermo" - "Milan" 2:1(2:2)
Qollar: Miqliaççio, 63, Bovo, 73-pen - İbrahimoviç, 90.
11 may
"İnter" - "Roma" 1:1 (1:0)
Qollar: Eto´o, 58 - Borryello, 84.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB