Kamran Əliyevin komandası Rusiya Premyer Liqasında ilk qələbəsini qazanıb

Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.

Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.

9 turdan sonra 6 xalı olan “Ximki” 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə