Araz Abdullayev "Boluspor"un uduzduğu matçın iştirakçısı olmayıb

Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Araz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Üç turdan sonra hesabında 1 xal olan “Boluspor” 18 kollektiv arasında 16-cıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...