Suaresin dublu "Atletiko"ya qələbə qazandırıb, "Barselona"dan böyük hesablı qələbə

Futbol üzrə İspaniya La Liqasında 3-cü tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Atletiko” doğma meydanda “Qranada”nı qəbul edib və darmadağına sevinib.

Bir neçə futbolçusu ilə yollarını ayıran “Barselona” 3-cü tur çərçivəsində “Vilyarreal”la qarşılaşıb. Kataloniya təmsilçisi də turu qələbə ilə başa vurub.

UEFA Super Kubokunda “Bavariya”ya məğlub olan “Sevilya” isə “Kadis”in qonağı olub və səfərdən 3 xalla dönməyi bacarıb.

İspaniya La Liqası

3-cü tur

27 sentyabr

Osasuna – Levante 1:3

Qol: Torres, 38 – Melero, 41. Rocer, 77. Morales, 81.

Eybar – Atletik 1:2

Qol: Kike, 48 – U.Lopes, 40; 87.

Atletiko – Qranada 6:1

Qol: D.Kosta, 9. Korrea, 47. J.Feliks, 65. Lyorente, 72. L.Suares, 85; 90+3 – Molina, 87.

Kadis – Sevilya 1:3

Qol: Sançes, 48 – De Yonq, 65. El Haddadi, 90. Rakitiç, 90+4.

Valyadolid – Selta 1:1

Qol: Qvardiola, 66-pen – Aspas, 44.

Barselona – Vilyarreal 4:0

Qol: Fati, 15; 19. Messi, 35-pen. Torres, 45-öz qapısına.

26 sentyabr

Alaves – Xetafe 0:0

Valensiya – Hueska 1:1

Qol: Vass, 38 – Siovas, 63.

Elçe – Real Sosyedad 0:3

Qol: Portu, 55. Yanuzay, 77-pen. R.Lopes, 90+4.

Betis – Real 2:3

Qol: Mandi, 35. Karvalyo, 37 – Valverde, 14. Emerson, 48-öz qapısına. S.Ramos, 82.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...