“Napoli” “Cenoa”nı darmadağın edib, “Milan” da turu qələbə ilə başa vurub

Futbol üzrə İtaliya A Seriyasında 2-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

Səfərdə "Spetsiya" ilə qarşılaşan "Sassuolo" darmadağına sevinibsə, "Verona" "Udineze"ni minimal hesabla üstələyib. "Napoli" "Cenoa"nı 6 cavabsız qolla məğlub edib. "Krotone"nin qonağı olan "Milan" da turu qələbə ilə başa vurub.

Turun mərkəzi görüşündə son çempion "Yuventus" səfərdə "Roma" ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

İtaliya A Seriyası

2-ci tur

27 sentyabr

Spetsiya – Sassuolo 1:4

Qol: Qalabinov, 30 – Dyuriçiç, 12. Berardi, 64. Defrel, 66. Kaputo, 76.

Napoli – Cenoa 6:0

Qol: Lozano, 10; 65. Zelinski, 46. Mertens, 57. Elmas, 69. Politano, 72.

Verona – Udineze 1:0

Qol: Favilli, 57.

Krotone – Milan 0:2

Qol: Kessye, 45+2. B.Dias, 50.

Roma – Yuventus 2:2

Qol: Veretu, 31-pen; 45+1 – Ronaldo, 44-pen; 69.

26 sentyabr

Torino – Atalanta 2:4

Qol: Belotti, 11; 43 – A.Qomes, 13. Muriel, 21. Hatebor, 42. De Roon, 54.

Kalyari – Latsio 0:2

Qol: Lazzari, 4. İmmobile, 74.

Sampdoriya – Benevento 2:3

Qol: Kvalyarella, 8. Kolli, 18 – Kaldirola, 33; 72. Letizia, 88.

İnter – Fiorentina 4:3

Qol: L.Martines, 45+2. Çekkerini, 52-öz qapısına. Lukaku, 87. D`Ambrosio, 89 – Kuame, 3. Kastrovilli, 57. Kyeza, 63.

28 sentyabr

22:45 Bolonya – Parma

Bütün xəbərlər Facebook səhifəmizdə