“Mançester Siti” “Lester”dən 5 qol buraxıb, "Tottenhem" heç-heçə oynayıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Şeffild Yunayted”lə qarşılaşan “Lids” minimal hesabla qalib gəlib. “Vest Hem” isə “Vulverhempton”u darmadağın edib.

“Mançester Siti” “Lester”lə, “Tottenhem” isə “Nyukasl”la qarşılaşıb. Mançester təmsilçisi doğma meydanda darmadağına üzülübsə, London klubu da qələbəni son anda əldən verib.

İngiltərə Premyer Liqası

3-cü tur

27 sentyabr

Şeffild Yunayted – Lids 0:1

Qol: Bemford, 88.

Tottenhem – Nyukasl 1:1

Qol: Lukas, 25 – Uilson, 90+7-pen.

Mançester Siti – Lester 2:5

Qol: Mahrez, 4. Ake, 84 – Vardi, 37-pen; 54; 58-pen; Meddison, 77. Tilemans, 88-pen.

Vest Hem – Vulverhempton 4:0

Qol: Bouen, 17; 57. Souçek, 66. Haller, 90+3.

26 sentyabr

Brayton – Mançester Yunayted 2:3

Qol: Maupay, 40-pen. Mark, 90+5 – Dank, 43-öz qapısına. Reşford, 55. B.Fernandes, 90+10-pen.

Kristal Pelas – Everton 1:2

Qol: Kuyate, 26 – Kalvert, 10. Riçarlison, 40-pen.

Vest Bromviç – Çelsi 3:3

Qol: Robinson, 4; 25. Bertli, 27 – Mount, 55. Hodson-Odoi, 70. Abraham, 90+3.

Bernli – Sauthempton 0:1

Qol: İnqs, 5.

28 sentyabr

20:45 Fulhem – Aston Villa

23:00 Liverpul – Arsenal

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...