Bakı şəhər Gİİ paytaxt gənclərinə və idmançılarına çağırış edir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt gənclərinə və idmançılarına çağırış edir. SİA-nın verdiyi məlumata görə, Baş İdarə Ordumuza dəstək məqsədilə "Milli üçrəngli bayrağımızı dalğalandıraq" aksiyasına hamını qoşulmağa dəvət edir. Yaşadığımız ünvanda, şəxsi nəqliyyat vasitələrimizdə, iş yerlərimizdə bayrağımızı dalğalandıraq. Ali Baş Komandanımızın şüarını rəhbər tutaraq Qarabağ Azərbaycandır!
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə