Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü tura start verilib - NƏTİCƏLƏR

Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Turun açılış matçında “Mançester Yunayted” “Brayton”un qonağı olub. Beş qolun qeydə alındığı matçıda “qırmızı şeytanlar” dramatik qələbəyə seviniblər.

Ötən tur doğma meydanda “Liverpul”a məğlub olan “Çelsi”, bu dəfə “Vest Bromviç”in qonağı olub. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

“Everton” səfərdə “Kristal Pelas”dan üstün olub. “Sauthempton” isə “Bernli” səfərindən minimal hesabla qalib dönüb.

İngiltərə Premyer Liqası

3-cü tur

26 sentyabr

Brayton – Mançester Yunayted 2:3

Qol: Maupay, 40-pen. Mark, 90+5 – Dank, 43-öz qapısına. Reşford, 55. B.Fernandes, 90+10-pen.

Kristal Pelas – Everton 1:2

Qol: Kuyate, 26 – Kalvert, 10. Riçarlison, 40-pen.

Vest Bromviç – Çelsi 3:3

Qol: Robinson, 4; 25. Bertli, 27 – Mount, 55. Hodson-Odoi, 70. Abraham, 90+3.

Bernli – Sauthempton 0:1

Qol: İnqs, 5.

27 sentyabr

15:00 Şeffild Yunayted – Lids

17:00 Tottenhem – Nyukasl

19:30 Mançester Siti – Lester

22:00 Vest Hem – Vulverhempton

28 sentyabr

20:45 Fulhem – Aston Villa

23:00 Liverpul – Arsenal

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...