7 qolun vurulduğu oyunda "İnter" qələbə qazanıb

Futbol üzrə İtaliya A Seriyasında 2-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Açılış matçında “Atalanta” Turin səfərində “Torino” ilə qarşılaşub. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. “Latsio” bu turda “Kalyari”nin qonağı olub və inamlı qələbəyə sevinib. “Benevento” da səfərdə “Sampdoriya”dan üstün olub. Gecənin ən maraqlı qarşılaşması “İnter”lə “Fiorentina” arasında baş tutub. Yeddi qolun vurulduğu dramatik görüş meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası

2-ci tur

26 sentyabr

Torino – Atalanta 2:4

Qol: Belotti, 11; 43 – A.Qomes, 13. Muriel, 21. Hatebor, 42. De Roon, 54.

Kalyari – Latsio 0:2

Qol: Lazzari, 4. İmmobile, 74.

Sampdoriya – Benevento 2:3

Qol: Kvalyarella, 8. Kolli, 18 – Kaldirola, 33; 72. Letizia, 88.

İnter – Fiorentina 4:3

Qol: L.Martines, 45+2. Çekkerini, 52-öz qapısına. Lukaku, 87. D`Ambrosio, 89 – Kuame, 3. Kastrovilli, 57. Kyeza, 63.

27 sentyabr

14:30 Spetsiya – Sassuolo

17:00 Napoli – Cenoa

17:00 Verona – Udineze

20:00 Krotone – Milan

22:45 Roma – Yuventus

28 sentyabr

22:45 Bolonya – Parma

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...