“Ayntraxt” səfərdə "Herta"ya 3 qol vurub

Futbol üzrə Almaniya Bundesliqasında 2-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında Berlin “Herta”sı Frankfurt “Ayntraxt”ını qəbul edib. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Almaniya Bundesliqası

2-ci tur

25 sentyabr

Herta – Ayntraxt 1:3

Qol: Hinteregger, 78-öz qapısına – A.Silva, 30-pen. Dost, 37. Rode, 71.

26 sentyabr

17:30 Arminiya – Köln

17:30 Auqsburq – Borussiya (Dortmund)

17:30 Borussiya (Münhenqladbax) – Union Berlin

17:30 Bayer – Leyptsiq

17:30 Maynts – Ştutqart

20:30 Şalke – Verder

27 sentyabr

17:30 Hoffenhaym – Bavariya

20:00 Frayburq – Volfsburq

Bütün xəbərlər Facebook səhifəmizdə