"Qalatasaray" UEFA Avropa Liqasının "pley-off"unda, "Beşiktaş" məğlub oldu

Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, bu mərhələnin də qalibi bir oyunun nəticəsində müəyyənləşib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. Kiprin “Apollon” klubu doğma divarlar arasında Polşa təmsilçisi “Lex”i qəbul edib. Polşalılar 5 cavabsız qol sayəsində pley-offa vəsiqə qazanıblar.

Pley-off mərhələsinin digər görüşləri bu gün keçirilib. Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ”ın da rəqibi bilinib. Ağdam təmsilçisi doğma meydanda “Drita”nı (Kosovo) məğlub edən “Legiya” (Polşa) ilə qarşılaşacaq.

Türkiyənin “Beşiktaş” klubu 3-cü təsnifat mərhələsində “Rio Ave” (Portuqaliya), “Alanyaspor” “Rusenborq”la, “Qalatasaray” isə “Hayduk” (Xorvatiya) ilə qarşılaşıb. “Beşiktaş”la “Alanyaspor” mübarizəni dayandırıb. Daha öncə “Neftçi”ni mübarizədən kənarlaşdıran “Qalatasaray” isə növbəti qələbə sayəsində pley-offa yüksəlib.

Avropa Liqası

3-cü təsnifat mərhələsi

23 sentyabr

Apollon (Kipr) – Lex (Polşa) 0:5

24 sentyabr

Ararat (Ermənistan) – Çelye (Sloveniya) 1:0

Kuopio (Finlandiya) – Suduva (Litva) 2:0

Fehervar (Macarıstan) – Reyms (Fransa) 0:0 (penaltilər 4:1)

Viktoriya (Plzen, Çexiya) – Sonderyuske (Danimarka) 3:0

Rostov (Rusiya) – Makkabi (Hayfa, İsrail) 1:2

Beşiktaş (Türkiyə) – Rio Ave (Portuqaliya) 1:1 (penaltilər 2:4)

Şarlerua (Belçika) – Partizan (Serbiya) 2:1

ÇSKA (Sofiya, Bolqarıstan) – B36 (Torşavn, Farer adaları) 3:1

Yurqorden (İsveç) – ÇFR (Rumıniya) 0:1

Floriana (Malta) – Flora (Estoniya) 0:0 (2:4)

Malmö (İsveç) – Lokomotiva (Zaqreb, Xorvatiya) 5:0

Mura (Sloveniya) – PSV (Eyndhoven, Niderland) 1:5

Riqa (Latviya) – Seltik (Şotlandiya) 0:1

Rusenborq (Norveç) – Alanyaspor (Türkiyə) 1:0

Styaua (Rumıniya) – Slovan (Liberets, Çexiya) 0:2

Hapoel (Beer-Şeva, İsrail) – Motervell (Şotlandiya) 3:0

APOEL (Kipr) – Zrinski (Bosniya və Herseqovina) 2:2 (penaltilər 4:2)

Kopenhagen (Danimarka) – Pyast (Polşa) 3:0

Sarayevo (Bosniya və Herseqovina) – Buduçnost (Monteneqro) 2:1

Qalatasaray (Türkiyə) – Hayduk (Split, Xorvatiya) 2:0

Klaksvik (Farer adaları) – Dinamo (Tbilisi, Gürcüstan) 6:1

Qranada (İspaniya) – Lokomotive (Tbilisi, Gürcüstan) 2:0

Şerif (Moldova) – Dandalk (İrlandiya) 1:1 (penaltilər 3:5)

Şkendiya (Şimali Makedoniya) – Tottenhem (İngiltərə) 1:3

Standard (Belçika) – Voyvodina (Serbiya) 2:1

Volfsburq (Almaniya) – Desna (Ukrayna) 2:0

Milan (İtaliya) – Bodo Qlimt (Norveç) 3:2

Bazel (İsveçrə) – Anortosis (Kipr) 3:2

Sankt Qallen (İsveçrə) – AEK (Afina, Yunanıstan) 0:1

LASK (Avstriya) – Dunayska Streda (Slovakiya) 7:0

Legiya (Polşa) – Drita (Kosovo) 2:0

Riyeka (Xorvatiya) – Kolos (Kovalevka, Ukrayna) 2:0

Sportinq (Portuqaliya) – Aberdin (Şotlandiya) 1:0

Villem II (Niderland) – Reyncers (Şotlandiya) 0:4

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...