“Krasnodar” evdə PAOK-a, "Zalsburq” isə səfərdə "Makkabi"yə eyni hesabla qalib gəlib

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

SİA xəbər verir ki, bu mərhələnin qalibləri iki oyunun nəticəsinə görə müəyyən olunacaq. Pley-off mərhələsinin cavab oyunları sentyabrın 29 və 30-da keçiriləcək.

İlk oyun günündə 3 qarşılaşma keçirilib. Rusiyanın “Krasnodar” klubu 3-cü təsnifat mərhələsində “Benfika”nı mübarizədən kənarlaşdıran PAOK-la üz-üzə gəlib. İsrail “Makkabi”si isə “Zalsburq”la üz-üzə gəlib. Bu oyunlarda Rusiya təmsilçisi evdə, Avstriya klubu isə səfərdə əzmkar qələbəyə sevinib. Çexiya “Slaviya”sı ilə Danimarka “Midtyulland”ı arasındakı ilk qarşılaşmada isə qapılara qol vurulmayıb.

Pley-off mərhələsinin digər görüşləri sabah keçiriləcək.

UEFA Çempionlar Liqası

Pley-offun ilk oyunları

22 sentyabr

Krasnodar (Rusiya) – PAOK (Yunanıstan) 2:1

Qol: Klaesson, 39-pen. Kabelya, 70 – Pelkas, 32.

Makkabi (Təl-Əviv, İsrail) – Zalsburq (Avstriya) 1:2

Qol: Biton, 9 – Soboslai, 49-pen. Okuqava, 57.

Slaviya (Praqa, Çexiya) – Midtyulland (Danimarka) 0:0

23 sentyabr

23:00 Gent (Belçika) – Dinamo (Kiyev, Ukrayna)

23:00 Molde (Norveç) – Ferentsvaroş (Macarıstan)

23:00 Olimpiakos (Yunanıstan) – Omoniya (Kipr)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...