Eduard Mendi Fransa klublarının satdığı ən bahalı qapıçı kimi tarixə düşəcək

Fransanın "Renn" klubunun qapıçısı Eduard Mendi İngiltərə təmsilçisi "Çelsi"yə keçib. SİA xəbər verir ki, bu barədə məlumatı londonluların baş məşqçisi Frenk Lempard verib. Gənc mütəxəssis bildirib ki, Seneqal millisinin üzvünün keçidi həll olunub. İyirmi səkkiz yaşlı qolkiper tezliklə İngiltərəyə yollanaraq yeni komandasında tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq. Bu keçid "Renn"ə 30 milyon avro qazandıracaq. Bununla Mendi Fransa klublarının satdığı ən bahalı qapıçı kimi tarixə düşəcək. Qeyd edək ki, "Renn" Eduard Mendini 2019-cu ildə 4 milyon avro qarşılığında "Reyms"dən alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə