Azərbaycan milli komandasının qapıçısı Andrey Popoviç Almaniyanın "Fortuna" klubunda debüt edib. Siasport.az saytı xəbər verir ki, bir neçə gündür Almaniya klubunda baxışda olan "Abşeron"un qapıçısı 4-cü liqada mübarizə aparan "TuS Qrevenbroiç" klubunun 100 illik yubileyinə həsr olunan yoldaşlıq oyununda meydana çıxıb.
"Fortuna"nın baş məşqçisi Norbert Meyer Popoviçi start heyətində meydana buraxıb. Baş məşqçi ikinci yarıda heyətdə dəyişikliklər etsə də, qapıçımızı əvəzləməyib və o, 90 dəqiqə oynayıb.
Oyuna gəlincə, "Schloss-Stadion" stadionunda baş tutan oyunda "Fortuna" 2:1 hesablı qələbə qazanıb. Hesabı 32-ci dəqiqədə "Fortuna"dan Yovanoviç açıb. O, 36-cı dəqiqədə "TuS Qrevenbroiç"in oyunçusu Fabender Popoviçi məyus edərək, bərabərliyi təmin edib. 89-cu dəqiqədə isə Köniqs "Fortuna"nın qələbə qoluna imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB