"Real" heç-heçə ilə başladı, "Betis"dən inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında 2-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Betis” “Valyadolid”i, “Qranada” “Alaves”i məğlub yola salıb. Səfərdə “Hueska” ilə qarşılaşan “Kadis” də turu qələbə ilə başa vurub.

Son çempion “Real” ikinci tur çərçivəsində səfərdə “Real Sosyedad”ın qonağı olub. Madrid təmsilçisi yeni mövsümdəki ilk oyunundan xal itkisi ilə ayrılıb.

“Levante” – “Atletiko”, “Sevilya” – “Elçe” və “Atletik” – “Barselona” görüşləri təxirə salınıb.

İspaniya La Liqası

2-ci tur

20 sentyabr

Hueska – Kadis 0:2

Qol: Neqredo, 11. Pombo, 83.

Betis – Valyadolid 2:0

Qol: N.Fekir, 10. Karvalyo, 18.

Qranada – Alaves 2:1

Qol: Soldado, 7. Maçis, 79 – Xoselu, 22.

Real Sosyedad – Real 0:0

19 sentyabr

Vilyarreal – Eybar 2:1

Qol: Moreno, 63. Alkaser, 71 – Kike, 50.

Xetafe – Osasuna 1:0

Qol: Mata, 54.

Selta – Valensiya 2:1

Qol: Aspas, 13; 57 – M.Qomes, 46.

Bütün xəbərlər Facebook səhifəmizdə