"Çelsi" "Liverpul"a qarşı - İLK DUEL

İngiltərə Premyer Liqasında 2-ci turun əsas qarşılaşması təbii ki, " Stemford Bridc"də keçiriləcək. "Çelsi" və "Liverpul"un üz-üzə gəldiyi matç yeni mövsümdə EPL-də "nəhənglər"in ilk dueli olacaq.

Məşqçilikdə elə böyük təcrübəsi olmayan "Çelsi"nin əfsanəsi Frank Lempardın" Liverpul"u zirvələrə daşıyan Yurgen Kloppun qarşısına necə komanda çıxaracağı maraq doğurur. Hər iki məşqçinin ixtiyarında ulduz futbolçular var. "Çelsi" də Loftus-Çik, Nqolo Kante, Jorjinyo kimi oyunçulara bu yay "Leypsiq"dən alınan Timo Verner də əlavə olunub. Bundesliqanın son bombardirinə" Çelsi" rəhbərliyi böyük ümid bəsləyir.

Son çempion "Liverpul" isə "qızıl heyət" i qoruyub saxlayıb: Henderson, Van Diyk, Viynaldum, Firmino, Mane və ilk turda het-trik edən "qol maşını" Salah.

Statistika "qırmızılar" ın xeyrinədir: tərəflər arasında indiyədək keçirilən 186 matçdan 79-da "Liverpul", 65-də isə "Çelsi" qalib gəlib. Bu rəqəmlərin kimin xeyrinə dəyişəcəyini axşam saat 19:30-da başlanacaq matç bitincə biləcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə