Amit Quluzadə “Milsami”nin qələbəsində pay sahibi ola bilməyib

Futbol üzrə Moldova çempionatında 10-cu turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Petrokub”la qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amit sonadək ehtiyatda qalıb.

10 turdan sonra 20 xalı olan “Milsami” 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə