Ünal Aysal: "Qalatasaray"da da qısa dönəmdə böyük uğurlar qazanacağıq"

Ünal Aysal: "Qalatasaray"da da qısa dönəmdə böyük uğurlar qazanacağıq"

Mayın 14-də baş tutacaq "Qalatasaray" klubunun başqanlıq seçimi öncəsi klub prezidentliyinə namizəd Ünal Aysal iştirak etdiyi proqramda maraqlı açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, Ü. Aysal azrakeşlərə xoşbəxt günlər yaşadacaqlarını vəd edib: "Hər dəfə alışılanın əksinə, bu dəfə çox qısa bir müddətdə seçkilərə hazırlaşmağa məcburuq. Normal seçkilərdə namizədlər 6 ay əvvəldən hazırlaşır, amma bu dəfə belə alındı. Kollektivim gözlədiyimdən də artıq öz vəzifələrini yerinə yetirirlər. Buna görə də onlarla işləmək mənə çox rahatdır. Qarşımızda görüləsi çox işlər var. İnanıram ki, layiqi ilə bu vəzifənin öhdəsindən gələcəyik və azarkeşlərimizə xoşbəxt illər yaşadacağıq. Fikir verin, il demirəm, mövsüm demirəm, illər deyirəm".

"HƏYATIMDA HƏMİŞƏ ÇƏTİN  VƏZİYYƏTLƏRDƏ BAŞQANLIQ ETMİŞƏM"
 
Ü.Aysal yeni işi barədə inamlı danışıb: "Qalatasaray"ın düşdüyü vəziyyəti yaxşı bilirəm, həyatımda həmişə çətin vəziyyətlərdə başqanlıq etdiyimə görə inanıram ki, "Qalatasaray"da da qısa dönəmdə böyük uğurlar qazanacağıq. Ümid edirəm ki, "Qalatsaray"da uğur tez bir zamanda gələcək".
"FİKRİMDƏ BƏZİ İSİMLƏR VAR"

"Başqan olsanız baş məşqiçi kim olcaq?" sualına Ünal Aysal "Fikrimdə çox önəmli bəzi isimlər var. Əlbəttdə ki, bunları biz istəməklə olmur. Gərək onlar da istəsinlər. Müqavilə şərtləri həm onlara, həm də büdcəmizə uyğun olsun. Ona görə də başqan olsam, bunlardan "Qalatasaray"ımıza xeyirli olanı ilə müqavilə bağlayacağıq"

"SEÇKİLƏRDƏ ŞANSIM DİGƏR NAMİZƏDLƏRLƏ BƏRABƏRDİR"

"Seçkilərdə şansım digər namizədlərlə bərabərdir. Buraya gəlməyən "Qalatsaray" üzvlərindən xahiş edirəm ki, seçkilərə gəlsinlər və kimə səs vermələrindən asılı olmayaraq orda iştirak etsinlər. Seçkilərdə səs verməyən üzvün sabah hansısa başqanadan bir şey tələb etməyə haqqı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə