Boks üzrə milli komandamız Rusiyanın Kislavodsk şəhərinə təlim-məşq toplanışına yollanıb. Siasport.az saytı xəbər verir ki, orada Rusiya yığması ilə birgə ümumi fiziki hazırlıq prosesi keçiriləcək. Şimali Qafqaza "ən güclülərin seçmə yarışı"nda 1-ci yeri tutan idmançılar gedib. Kislavodsk toplanışından sonra boksçularımız Moskva ətrafında yerləşən Çexov şəhərindəki "Mavi Şəhərcik" bazasında Rusiya idmançıları ilə sparinq döyüşləri keçirəcəklər. Milli komandamızın 2 nömrələri isə mayın 16-da İtaliyaya səfər edəcəklər. Sardiniya adasında İtaliya milli komandası başda olmaqla, bir neçə ölkənin dəri əlcək ustaları hazırlıq keçəcəklər.
Qeyd edək ki, komandamız iyunun 14-də Ankarada start götürəcək Avropa çempionatına hazırlaşır.
Qeyd edək ki, komandamız iyunun 14-də Ankarada start götürəcək Avropa çempionatına hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB