Rusiya Prezidentinin köməkçisi Avropa Stolüstü Tennis Birliyinin prezidenti seçilib

Rusiya Prezidentinin köməkçisi Avropa Stolüstü Tennis Birliyinin prezidenti seçilib
Rusiya Prezidentinin köməkçisi, Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti seçilib. SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən seçkilər onlayn keçirilib. Bundan əvvəl quruma niderlandlı Ronald Kramer rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə