Formula 1 biletləri 15 dəqiqə ərzində satılıb

8 illik fasilədən sonra Türkiyədə ilk dəfə keçiriləcək Formula 1 mərhələsinin biletləri satışa çıxarıldıqdan qısa müddət sonra bitib. SİA-nın məlumatına görə, onlayn bilet almağa çalışan əksər müştərilər 15 dəqiqə sonra biletlərin qalmadığını bildirib.

Qeyd olunur ki, bilet satışı ilə məşğul olan sayt qısa müddət ərzində çöküb. Təxminən iki saat sonra satışda biletlərin qalmadığı elan olunub.

Formula 1 üzrə Türkiyə Qran Prisi noyabrın 15-də İstanbulda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə