“Çelsi” və “Vulverhempton” da çempionata qələbə ilə başlayıblar

“Çelsi” və “Vulverhempton” da çempionata qələbə ilə başlayıblar

Futbol üzrə İngiltərə Premyer Liqasında yeni – 2020/21 mövsümünün ilk turunun oyunları keçirilib.

SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Çelsi” səfərdə “Brayton”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı matçda London təmsilçisi inamlı qələbə qazanıb.

“Vulverhempton” da “Şeffild Yunayted”lə səfər matçından qalib ayrılıb.

İlk turda keçirilməli olan “Bernli” – “Mançester Yunayted” və “Mançester Siti” – “Aston Villa” oyunları isə təxirə salınıb.

İngiltərə Premyer Liqası

1-ci tur

14 sentyabr

Şeffild Yunayted – Vulverhempton 0:2

Qol: R.Ximenes, 3. Sayss, 6.

Brayton – Çelsi 1:3

Qol: Trossard, 54 – Jorjinyo, 23. R.Ceyms, 56. Zuma, 66.

12 sentyabr

Fulhem – Arsenal 0:3

Qol: Lakazette, 8. Qabriel, 49. Obameyanq, 57.

Kristal Pelas – Sauthempton 1:0

Qol: Zaha, 13.

Liverpul – Lids 4:3

Qol: Salah, 4; 33; 88-pen. Van Deyk, 20 – Harrison, 12. Bemford, 30. Klix, 66.

Vest Hem – Nyukasl 0:2

Qol: Uilson, 56. Hendrik, 87.

13 sentyabr

Vest Bromviç – Lester 0:3

Qol: Kastan, 56. Vardi, 74-pen; 84-pen.

Tottenhem – Everton 0:1

Qol: Kalvert, 55.

Bütün xəbərlər Facebook səhifəmizdə