Beşiktaş” çətin “Trabzonspor” səfərindən 3 xalla qayıdır - Super Liqada oyun gününün nəticələri

Beşiktaş” çətin “Trabzonspor” səfərindən 3 xalla qayıdır - Super Liqada oyun gününün nəticələri

Futbol üzrə Türkiyə Super Liqasında yeni – 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Ankaragücü” evdə “Ərzurumspor”a uduzub. “Kayserispor” “Kasımpaşa”nı, “Antalyaspor” “Gənclərbirliyi”ni məğlub yola salıb.

İlk turun maraqla gözlənilən qarşılaşmasında “Beşiktaş” çətin “Trabzonspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Türkiyə Super Liqası

1-ci tur

11 sentyabr

Rizəspor – Fənərbaxça 1:2

Qol: Şkoda, 59 – G.Gönül, 76. Sosa, 86-pen.

12 sentyabr

Fatih Karagümrük – Yeni Malatyaspor 3:0

Qol: Zukanoviç, 4. Sobiex, 56. Sabo, 74-pen.

Sivasspor – Alanyaspor 0:2

Qol: Davidson, 22. Koker, 90.

Qalatasaray – Qaziantep 3:1

Qol: Falkao, 8-pen; 40. E.Kılınc, 28 – Ribeyro, 53.

Göztəpə – Dənizlispor 5:1

Qol: A.Öztürk, 10-pen. Nukan, 25. H.Akbunar, 43. Mossoro, 51. Tripiç, 71 – O.Yılmaz, 62.

13 sentyabr

Ankaragücü – Ərzurumspor 1:2

Qol: Bolinqi, 61 – O.Karakullukçu, 75; 79.

Kayserispor – Kasımpaşa 1:0

Qol: Kvrziç, 2.

Antalyaspor – Gənclərbirliyi 2:0

Qol: B.Balçı, 41. H.Özmert, 77.

Trabzonspor – Beşiktaş 1:3

Qol: A.Ömür, 86 – Boyd, 29. Mensah, 64-pen. Lens, 74.

14 sentyabr

21:00 Hatayspor – Başakşəhər

Bütün xəbərlər Facebook səhifəmizdə