Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə məğlubiyyətə üzülüb

Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə məğlubiyyətə üzülüb

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə “Tambov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Əliyev 40-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ufa” 7 oyuna topladığı 5 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə