Azərbaycan Premyer Liqasında bu gün 2-ci turun daha 1 oyunu keçirilib.
SİA xəbər verir ki, "Səbail" doğma meydanda "Zirə" ilə qarşılaşıb. "ASCO Arena"da oynanılan görüşdə qonaq komanda 2:1 hesabı ilə qalib gəlib. Bununla da, "Zirə" baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi qələbəsini qazanıb. Komanda isə turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, 2-ci tura sabah keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
Xatırladaq ki, çempionat oyunlarına koronavirus səbəbindən azarkeşlər buraxılmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB