“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi bu dəfə Tovuz rayonunda - FOTOLAR

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi bu dəfə Tovuz rayonunda - FOTOLAR

AFFA-nın və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 11 sentyabr 2020-ci il tarixdə Tovuz rayonunda keçirilib. SİA-ya verilən məlumata görə, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Bu layihə çərçivəsində keçirilən tədbirdə rayonun cəbhə bölgəsində yerləşən Əlibəyli, Ağdam, Vahidli, Dondar Quşçu, Bayramlı və Əsrik kəndlərindən 50 məktəbli uşaq iştirak edib. Tədbirdə iştirak edən uşaqlara futbola marağı yaratmaq və artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Arzu Nağıyev, Tamam Cəfərova, Sabir Hacıyev və Tovuz Rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov iştirak edib.

Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə