21 yaşadək futbolçulardan ibarət milli komandamız Fransa yığmasına uduzdu

21 yaşadək futbolçulardan ibarət milli komandamız Fransa yığmasına uduzdu

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

SİA xəbər verir ki, 2-ci qrupda yer alan Milan Obradoviçin komandası Fransa yığmasını qəbul edib. Sumqayıtda keçirilən görüşdə millimiz 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.


7 sentyabr

Avropa çempionatının seçmə mərhələsi

2-ci qrup

Azərbaycan - Fransa - 1:2
Qollar: Eduard, 25-pen (0:1), Qouiri, 83 (0:2), Tural Bayramov, 90 (1:2)
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. “Kapital Bank Arena”

1.

İsveçrə

5

5

0

0

15:3

15

2.

Fransa

6

5

0

1

18:9

15

3.

Gürcüstan

6

2

0

4

12:10

6

4.

Slovakiya

5

2

0

3

12:15

6

5.

Azərbaycan

7

2

0

5

4:13

6

6.

Lixtenşteyn

5

1

0

4

3:14

3

Bütün xəbərlər Facebook səhifəmizdə