Türkiyədən heç-heçə, Ukrayna darmadağın oldu

Türkiyədən heç-heçə, Ukrayna darmadağın oldu

UEFA Millətlər Liqasında 2-ci tura start verilib.

SİA xəbər verir ki, A, B, C və D Liqalarında 10 qarşılaşma baş tutub. İlk turda İspaniya ilə 1:1 hesablı heç-heçə edən Almaniya A Liqasının 4-cü qrupunda İsveçrənin qonağı olub. Almanlardan bu görüşdə də xal itiriblər. İspaniya isə Ukraynanı qəbul edib və darmadağına sevinib.

B Liqasının 3-cü qrupunda gözlənilmədən Macarıstana uduzan Türkiyə yığması səfərdə Serbiya ilə üz-üzə gəlib. Türklər bu dəfə də qələbə qazana bilməyiblər.

UEFA Millətlər Liqası

2-ci tur

6 sentyabr

A Liqası, 4-cü qrup

İspaniya - Ukrayna 4:0
Qol: S.Ramos, 3-pen; 29. Fati, 32. Torres, 84.

İsveçrə - Almaniya 1:1
Qol: Vidmer, 58 – İ.Gündoğan, 14.

İspaniya - 4, Ukrayna - 3, Almaniya - 2, İsveçrə - 1.

B Liqası, 3-cü qrup

Macarıstan - Rusiya 2:3
Qol: Sallai, 62. Nikoliks, 70 – Mirançuk, 15. Ozdoyev, 34. Fernandes, 46.

Serbiya - Türkiyə 0:0

Rusiya - 6, Macarıstan - 3, Türkiyə - 1, Serbiya - 1

B Liqası, 4-cü qrup

Uels - Bolqarıstan 1:0
Qol: Uilyams, 90+4.


İrlandiya - Finlandiya 0:1
Qol
: Yensen, 64.

Uels - 6, Finlandiya - 3, İrlandiya - 1, Bolqarıstan - 1.

C Liqası, 3-cü qrup

Sloveniya - Moldova 1:0
Qol: Bohar, 28.


Kosovo - Yunanıstan 1:2
Qol: Berişa, 82 – Limnios, 2. Siovas, 51.

Yunanıstan - 4, Sloveniya - 4, Kosovo - 1, Moldova - 1

D Liqası, 1-ci qrup

Andorra - Farer adaları 0:1
Qol: K.Olsen, 31.


Malta - Latviya 1:1
Qol: Nvoko, 15 – Gillamye, 25.

Farer adaları - 6, Latviya - 2, Malta - 1, Andorra - 1

Bütün xəbərlər Facebook səhifəmizdə