UFC döyüşçülərdə koronavirus aşkarlandığl üçün Las Veqas turnirindəki iki döyüşü ləğv edib

UFC döyüşçülərdə koronavirus aşkarlandığl üçün Las Veqas turnirindəki iki döyüşü ləğv edib

Qarışıq döyüş növləri üzrə UFC çempionatı döyüşçülərdə koronavirus aşkar edildiyi üçün Las Veqas turnirindəki iki döyüşü ləğv edib.

SİA xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Beləliklə, Tiyaqo Moyzes (Braziliya) - Jalin Tyorner (ABŞ) və Aleksandr Romanov (Moldova) - Markus Rojerio (Braziliya) döyüşləri ləğv edilib.

Əsas döyüşdə Alister Overim (Niderland) Auqusto Sakayi (Braziliya) ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə