Nəfəslər tutuldu...ya Fənər, ya da Trabzon...

Nəfəslər tutuldu...ya Fənər, ya da Trabzon...

Spor Toto Superliqanın bitiminə 180 dəqiqə qalıb. SİA-nın məlumatına görə, Liqanın bitiminə 2 həftə qalmış "Fənərbaxça" və "Trabzon" arasında kəskin mübarizə davam edir. Hadisələri qabaqlayaraq deyək ki, eyni xala malik bu iki komandadan "Fənərbaxça" şəxsi oyunlarda qazandığı üstünlüklə liderdir.

İkinci dövrəyə super başlayan "kanarya" qələbə seriyasını davam etdirir. Karabürk qarşısında 1:0 hesabi ilə qələbə qazanan fənərlilər liderliyi əllərində saxladılar.

Trabzonspor isə Buca səfərindən son dəqiqələrdəki qollarla oyunun taleyin həll etdi. Oyun 2:1 hesabı ilə "qaradənizlilərin" xeyrinə başa çatdı. Dünən Qalatasaray da Türk Telekom Arenada liqanın autsayderi "Kasımpaşa"nı 3:1 hesabı ilə məğlub elədi.

Bursa-Beşiktaş matçı isə məlum səbəblərdən təxirə salındı. Bu oyun haqda yekun qərarı çərşənbə axşamı toplaşacaq TFF nizam-intizam komitəsi verəcək.

1.Fənərbaxça 76

2 Trabzonspor 76

3 Bursaspor 55

4 Gaziantepspor 55

5 Kaysərispor 50

6 Beşiktaş 47

7 Eskişehirspor 44

8 Ankaragücü 41

9 İstanbul B.Ş.B 41

10 K.D.Ç. Karabükspor 41

11 Gənclərbirliyi 40

12 Qalatasaray 40

13 Manisaspor 39

14 M.P. Antalyaspor 39

15 Sivasspor 34

16 Bucaspor 25

17 Konyaspor 23

18 Kasımpaşa 23

Bütün xəbərlər Facebook səhifəmizdə