"Real"da türklərin sayı 3-ə çata bilər

"Real"da türklərin sayı 3-ə çata bilər
Nuri Şahin 6 illiyinə "Real Madrid"də. SİA-nın məlumatına görə, Joze Mouriniyo növbəti mövsümün hazırlığına artıq indidən başlayıb. Portuqaliyalının heyətdə görmək istədiyi ilk isim isə Türkiyə Millisinin üzvü Nuri Şahin olub. Nuri Şahin də öz növbəsində bu təklifə "hə" deyib. Dünən keçirilən mətbuat konfransında Nuri Şahin bunları deyib: "Real Madrid"ə yüksək məbləğdə pul qazanmaq üçün getmirəm. Sağlığım yerində olduqdan sonra hər yerdə pul qazanaram. Uşaqlıq xəyallarım gerçək oldu. Borussiya ilə çempion oldum. Amma "Real" təklifi geri çevrilməzdir."
"Real"ın hədəfində olan digər türk isə Türk Millisinin üzvü Həmid Altıntopdur.

Bütün xəbərlər Facebook səhifəmizdə