Üç komandamızın hər biri UEFA-dan 240 min avro qazandı

Üç komandamızın hər biri UEFA-dan 240 min avro qazandı

Avropa Liqasının seçmə mərhələsində çıxış edən klublar üçün UEFA tərəfindən ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. SİA xəbər verir ki, Azərbaycan klublarından “Neftçi”, "Keşlə” və "Sumqayıt” hər biri 240 min avro əldə edib.

Qeyd: “Keşlə” klubu üçün ayrılmış maliyyə vəsaiti mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə