İspaniya yığmasından yeni rekord

İspaniya yığmasından yeni rekord

UEFA Millətlər Liqasının birinci turunda Almaniya ilə 1:1 hesabı ilə heç-heçə edən İspaniya yığması rekorda imza atıb. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, matçın 90+5-ci dəqiqəsində Xose Qayanın qolu ilə məğlubiyyətdən xilas olan ispanlar ardıcıl 41 oyundur ki, meydanı qolsuz tərk etmirlər. Bu, milli komandalar arasında rekord göstəricidir.

İspaniya millisi sonuncu dəfə “Avro-2016”nın səkkizdəbir final mərhələsində İtaliya ilə oyunda (0:2) qol vura bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə