Türkiyənin “Kayserispor” klubu heyətini məşhur ingilis futbolçu ilə gücləndirib
Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
SİA xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərə yığmasının sabiq hücumçusu Aaron Lennonu transfer edib.
Bu barədə klubun prezidenti Berna Gözbaşı sosiaş şəbəkə hesabında məlumat yayıb.
O, 33 yaşlı futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağını bəyan edib.
“Lids”in yetirməsi olan, karyerasının böyük hissəsini “Tottenhem”də keçirən Lennon, “Everton” və “Bernli”də də çıxış edib. İngiltərə yığmasında 21 oyun keçirmiş vinger, ilk dəfə legioner həyatı yaşayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB