Əfran İsmayılovun yeni klubu müəyyənləşib - RƏSMİ

Əfran İsmayılovun yeni klubu müəyyənləşib - RƏSMİ

Millimizin sabiq üzvü Əfran İsmayılovun yeni klubu müəyyənləşib.

SİA xəbər verir ki, bu barədə "qol.az"a 31 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, karyerasını “Səbail”də davam etdirəcəyini deyib. Tərəflər 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ə.İsmayılov “Qarabağ”, “Turan”, “Bakı” “Xəzər Lənkəran”, "Sumqayıt" və son olaraq “Keşlə”də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə