Gənc velosipedçinin son yarışı

Gənc velosipedçinin son yarışı
İtaliyada keçirilən velosiped turniri bu dəfə ölümlə nəticələnib. SİA-nın məlumatına görə, yarışın 3-cü mərhələsində belçikalı velosipedçi Vouter Veylandt qəza nəticəsində dünyasını dəyişib. Yarış əsnasında Rapallo şəhərinin 25 kilometrliyində velosipeddən yıxılan Veylandtın ürəyi dayanıb. Qəzanın meydana gəldiyi bölgənin təhlükəsizlik səlahiyyətliləri Veylandtın sol pedalının yol kənarındakı bir divara ilişdiyini bildiriblər. Yüksək sürətlə havada fırlanan velosipedçi qəza nəticəsində huşunu itirib. Qan itirən 26 yaşındakı peşəkar velosipedçiyə yarışın tibbi yardım mütəxəssisləri tərəfindən ürək masajı edilsə də, bu heç bir nəticə verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə