AFFA-nın prezidenti: "Berti Foqts istefaya göndərilməyəcək" - AÇIQLAMA
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin sükanı arxasında olan alman mütəxəssis barəsində SİA-nın sualını cavablandırarkən bildirib ki, Berti Foqts postundan getməyəcək: "Belə bir məsəl var ki, atları yarı yolda dəyişməzlər. Belçika məğlubiyyətinə görə, məşqiçini qınayırıqsa, onda gərək Türkiyə qələbəsindən sonra onu "qəhrəman" elan edərdik. Bizə bu dəqiqə vacib olan Qazaxıstanla oyundur. Oyunçular hazırlaşır və biz bu görüşdə qələbə qazanmaq istəyirik. Bildiyiniz kimi iyunun 6-si futbolumuzun 100 illiyidir. Bu münasibətlə UEFA prezidenri Mişel Platini və FİFA prezidenti Yozef Blatte Bakıya gələcəklər. Biz də istərdik ki, belə mötəbər bayramdan əvvəl gözəl qələbə qazanaq".
Ölkə çempionatına da toxunan AFFA rəhbəri bildirib ki, mənim üçün kimin ölkə çempionu olacağının önəmi yoxdur. Əsas odur ki, bizi Avropa miqyaslı yarışmalarda layiqli təmsil etsinlər. Xatırlayırsınızsa, yayda hamı kimi mən də "Qarabağ"ın uğuruna sevinirdim. Bu il də bizi Avropa arenasında təmsil edəcək 4 komandaya uğurlar arzulayıram. Yadınızdadısa, "Bakı"nın yaydaki problemiNİ? Bir məmur üzündən komanda qalib gəldiyi halda mərhələ keçə bilmədi və təəssüf ki, komanda hələ də bu hadisənin şokundan çıxa bilməyib. İnanıram ki, bu yay kulublarımız bizi böyük uğurlarla sevindrəcək. Çünki onlar buna qadirdirlər.
R.Abdullayev "6-lıq sistemi"nin gələn il üçün də qüvvədə qalacağını deyib: "Xatırlayırsınızsa, keçən il çempionatın qalibi oyunların bitiməsinə nəinki bir tur, iki tur, hətta 5 dəqiqə qalmışa qədər bəlli deyildi. Bu gün millimizin formasını geyən oyunçuların əksəriyyəti 6-liqdaki komandaların üzvləridirlər. Hələ ki, mən belə düşünürəm ki, bu belə də qalmalıdır, sistem dəyişməməlidir".
Futbol rəsmisi digər məsələlərə də toxunub: "Hələ ki, hər komandanın Premyer Liqaya öz stadionunda başlaması qərarında gözləmələr var. Çünki, maliyyə böhranı kulublardan da yan keçməyib. Amma buna baxmayaraq "Bakı", "Azal" kulubları, hansı ki, bundan sonra "Azal-Şüvəlan" adlanacaq, eləcə də "Qəbələ" komandası tezliklə yeni möhtəşəm stadionunu açacaq. Bununla yanaşı bilirsiz ki, Tovuzdakı stadion təmir olunub və "Turan" bu il rəqiblərinə ciddi müqavimət göstərirdi. Eləcə də Sumqayıtdakı stadionun ot örtüyü dəyişdiriləcək, daha sonra tribunalar yenilənəcək. Sumqayıtın adın daşıyan komanda futbola qayıdacaq. İnanıram ki, görülən işlər tez bir zamanda bəhrəsin verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB