Beynəlxalq qrossmeyster Vüqar Həşimov Gəncə şəhərində şahmatçılar üçün açıq seans təşkil edib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan tədbirdə 88 şahmat masası təşkil edilib.
Əsas məqsəd yeniyetmə və gənc şahmatçıların bu seanslara cəlb olunması, gələcək karyeraları üçün təcrübə toplamalarıdır.
Tədbirdə Vüqar Həşimova qardaşı Sərxan Həşimov və gəncəli qrossmeyster Vüqar Rəsulov da yardımçı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB