Sayokan Döyüş sistemi üzrə ümümmilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə yekun vurulub
8 may 2011-ci il Binəqədi rayon idman kompleksində ümümmilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Sayokan Döyüş sistemi üzrə II-açıq Respublika Turnirinə yekun vurulub. SİA-nın xəbərinə görə, ilk dəfə olaraq açıq hava şəraitində qurulan cəng meydanında Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Bakı filialları ( Binəqədi, Suraxanı, Qaradag,Yasamal, Sabunçu, Nərimanov), Sumqayıt, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam, komandaları iştirak edib.
İştirakçılar Sayokan döyüş sisteminin Alaqan, Basaqar, Cəng döyüş sistemlərində mübarizə aparıblar. Yarışın açılış mərasimində çıxış edən"AZERİMED" şirkətinin icraçı direktoru Asim Kazımov idmançılara uğurlar arzu edərək onları hər zaman sağlam olmağa səsləyib və yarış təşkilatçılarına təşəkkür edib.
Daha sonra söz Binəqədi Gənclər və İdman idarəsinin rəisi Qüdsi Bayramova verilib. O, yarış iştirakçılarını salamlayıb və Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi qəsəbə Bələdiyyəsinə yarışı yüksək səviyyədə keçirilməsində etdiyi köməkliyə görə təşəkkürünü bildirib.
Sonra Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti Vasif Namazova çıxış edərək bu yarışın ənənəvi olduğunu qeyd edib və bu turnirin hər il ənənəvi təşkil olunacağını diqqətə çatdırıb.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevə ulu öndər Heydər Əliyevin ideyalarından, dahi insanın müstəqil Azərbaycanın tarixindəki misilsiz xidmətlərindən söhbət açıb, gənclərə göstərilən dövlət qayğısından, onlara yaradılan şəraitdən danışıb.
Turnirin sonunda Alaqan Sistemi üzrə: 1-ci yeri Suraxanı, 2-ci yeri Füzuli, 3-cü yeri Sumqayıt, Basaqar Sistemi üzrə 1-ci yeri Bakı-Mərkəz, 2-ci yeri Nərimanov,3-cü yeri Sumqayıt, Cəng Sistemi üzrə 1-ci yeri Binəqədi, 2-ci yeri Nərimanov, 3-cü yeri Sumqayıt komandaları qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB