Futbol üzrə Belçika yığmasının və Madrid “Real”ının qapıçısı Tibo Kurtua koronavirusa yoluxub.
SİA xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Hazırda UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar ölkəsinin yığma komandasının düşərgəsində olan futbolçunun koronavirus testi müsbət nəticə verib. Bu üzdən də 28 yaşlı qapıçı karantinə alınıb. Ondan təkrar analizlərin götürüləcəyi bildirilir.
Qeyd edək ki, koronavirus aşkarlanmasına baxmayaraq, Tibo millinin heyətindən kənarlaşdırılmayıb. Məşqçilər korpusu Kurtuadan götürülmüş qan analizinin nəticələrini gözləyir. Buna əsasən, təcrübəli qolkiperlə bağlı qərar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB