“Barselona”dan ayrılan İvan Rakitiçin “Sevilya”ya keçidi rəsmiləşib

“Barselona”dan ayrılan İvan Rakitiçin “Sevilya”ya keçidi rəsmiləşib

“Barselona”dan ayrılan İvan Rakitiçin “Sevilya”ya keçidi rəsmiləşib.

SİA xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. “Sevilya” bu keçid üçün “Barselona”ya 1,5 milyon avro təzminat ödəyib. Gələcəkdə Əndəlus təmsilçisi 9 milyon avro bonus da ödəməli olacaq.

Qeyd edək ki, 32 yaşlı Rakitiç 2011-2014-cü illərdə də "Sevilya"da çıxış edib. O, son altı ildə “Barselona”nın uğurları üçün çalışıb. Rakitiç Kataloniya təmsilçisində 310 oyuna çıxıb, 36 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə