“Sumqayıt” komandası  “Sabah” klubuyla qarşılaşacaq

“Sumqayıt” komandası “Sabah” klubuyla qarşılaşacaq

Azərbaycan Premyer Liqasının II turuna hazırlıqları davam etdirən "Sabah" yoxlama oyunu keçirəcək. SİA-nın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Bakı təmsilçisi "Sumqayıt"la üz-üzə gələcək. Sentyabrın 5-də "Bank Respublika Arena"da baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" II tur matçını sentyabrın 13-də öz meydanında "Qəbələ"yə qarşı keçirəcək. Komanda ilk turda "Qarabağ" 0:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə