Mouriniyo "ağıllanmır"

UEFA Nizam İntizam komitəsi Barselona ilə oynadıqları "Çempionlar Liqası" ilk matçından sonra mətbuat konfransında verdiyi açıqlama nəticəsində "Real Madrid" -in baş məşqçisi "Jose Mouriniyo"ya 5 oyunluq cəza verdi. SİA-nın məlumatına görə, "Kral" klubu isə öz növbəsində bu cəzaya etiraz edəcəklərini mətbuata açıqlayıb.

Real Madridin baş məşqçisi Jose Mouriniyo "Çempionlar Liqası"nda ilk yarımfinal görüşündə Barselonaya 0:2 hesabı ilə uduzduqları oyunun ardından həm Barselonanı, həm də UEFA-nı hədəf alan açıqlamalar vermişdi. "Real Madrid"in mərkəz müdafiəçisi Pepenin ardından oyundan qovulan məşqiçi mətbuat konfransında "Əgər düşündüklərimi söyləsəm, karyeram bitər. Amma niyə, məhz Overbo, niyə Busacca, niyə Stark, niyə Bleekkere?" deyə matçın hakimlərini sorğulamışdı. Eləcə də sözunə davam edən məşqçi "Barselonan gücü UNİCEF-dənmi, yoxsa İspaniya Futbol Federasiyası Başqanı Vilların UEFA-dakı rolundanmı qaynaqlanır?" deyərək mətbuat konfransında "od püskürmüşdü".

Bu açıqlamalarının ardından Jose Mouriniyo 5 oyun və 50 min avroluq cəza alıb. 5 oyunluq cəzadan artıq biri keçib. Söhbət Barselona ilə Çempionlar Liqasının cavab görüşundən gedir. Qalan oyunlardan beşincisi isə önümüzdəki 3 ildə Mouriniyonun bu hərəkəti təkrarlansa, qüvvəyə minəcək.

Xatırladaq ki, UEFA-nın sözü gedən qurumu təkcə Mouriniyonu yox, "Real Madrid" klubunu 20 min avro, "Real"ın müdafiəçisi Pepeni 1 oyunluq Barselonanın ehtiyat qapıçısı Pintonu isə 3 oyunluq cəzalandırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə