“Neftçi”-“Qalatasaray” oyununun başlama saatı müəyyənləşib

“Neftçi”-“Qalatasaray” oyununun başlama saatı müəyyənləşib

Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” komandası ilə oyununun başlama saatı müəyyənləşib.

SİA kluba istinadla xəbər verir ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

“Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi”ni mübarizədən kənarlaşdırmışdı - 2:1.

Bütün xəbərlər Facebook səhifəmizdə