“Neftçi” klubu “Qalatasaray” komandası ilə qarşılaşacaq

“Neftçi” klubu “Qalatasaray” komandası ilə qarşılaşacaq

Avqustun 31-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, bu turnirdə ölkəmizi təmsil edən "Neftçi" komandası II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək. Oyun sentyabrın 16-da Bakıda keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırmışdı - 2:1.

Bütün xəbərlər Facebook səhifəmizdə