İspaniyanın “Real” klubunun futbolçusu Oskar Rodriges karyerasını “Sevilya”da davam etdirəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə "Sevilya"nın rəsmi saytı məlumat yayıb.
Avropa Liqasının son qalibi 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Bu transferə görə "Sevilya" Madrid klubuna 15 milyon avro ödəyib. Qeyd edək ki, “Real”ın yetirməsi olan Oskar əsas komandada debüt etməyib. O, son iki mövsümü icarə əsasında “Leqanes”də keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB